Elariz Məmmədoğlu
  • Kliplər

    Sevgi nağılı
    Hara getsəm
    Bəhanə
    Nələr oldu
    Əllərinlə qucaqla
    Gəl desən gəıərəm
    Gözüm baxır yollara
    Дорога
    Avtoş
    Guya

    Toylardan fraqmentlər

    Omur boyu - Elariz and Yaqut

    Efirdən fraqmentlər

    Akdeniz akshamlari (lider tv)
    Sendedir gozlerim (xezer tv)
    Klip parad (lider tv)
    Sevgi nagili (xezer tv)

    Digər

    Show mekanda
    News24
    Elariz and Remish
    TRT Avaz
  • Bioqrafiya

         Salmanov Elariz Məmməd oğlu 1975-1980-ci illərdə 16 nömrəli musiqi məktəbində təhsil alıb. 1982-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitunun “Kütləvi tamaşalar rejissoru” fakültəsində ali təhsil alıb. 1983-1985-ci illərdə Leninqrad, Petrozavodsk, Murmansk şəhərlərində həqiqi hərbi xidmət keçib. 1988-1990-cı illərdə Rəşid Nəsiboğlunun yaratdığı “İrs“ ansablında ifa edib. 1988-ci illərdən dövlət televiziya və radiolarında çıxışlara başlayıb. 1998-ci ildən etibarən tvist, rok-n-rol, estrada janrinda yeni mahnılardan ibarət onlarla albomlarını və disklərini tamaşaçılara təqdim edib. 2000-ci ildən etibarən “Tup-Tup”, “Девушка в песочном сарафане”, “Dans-Dans”, “Дорога” və s. Kimi 30-dan çox klipləri işıq üzü görüb. Yacadıcılıq müddətində kino sahəsinə də öz tövhələrini verib. Bir neçə filmlərdə rol alıb. Bir dəfə Qafqazda (2007), Kişiləri qoruyun (2006), Qış nağılı (2002), Məhəllə (2003), Məşədi İbad-94 (2005), "Moskva-Bakı" qatarı (2005), Oyunçu (2008), Yanmış körpülər (2003) və s. Hətta “Kişiləri qoruyun” filmində iki rolda çəkilib. Azərbaycan Türkiyə Gənclərinin dostluq cəmiyyəti tərəfindən 2001-ci ildə Azərbaycan gənclərinə göstərdiyi xidmətlərə görə “Fəxri diplom“-la təltif edilib. Daha sonra 2001-ci ildə “Absheron torpağı“ mahnısı “İlin mahnısı” adına layiq görülmüşdür. 2002-ci ildə Şəhriyar adına Bakı mədəniyyət mərkəzində “Abşeron torpağı” adlı solo konsert verib. 2002-ci ildə “Abşeron torpağı“ mahnısı “İlin ən yaxşı mahnısı” fəxri diplomu ilə təltif olunub. Daha sonra 2002-ci ildə “Abşeron torpağı” klipi “İlin klipi” mükafatına layiq görülmüşdür. Elə həmən ildə Musiqi mədəniyyətimizin xidmətlərinə görə “Abşeron torpağı” albomu “Qızıl disk“ mükafatı ilə təltif edilmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Mədəniyyətin inkişafına və ictimai tanımlığa görə “Qızıl ulduz“ adına layiq görülüb. Daha sonra 2002-ci ildə Mədəniyyətin inkişafında xidmətinə görə gənclərin birgə fəaliyyətlərinə və sənət uğurlarına görə “Qızıl aypara“ mükafatına layiq görülüb. Elə həmən ildə “Sevirəm“ mahısı “İlin mahnısı” adına layiq görülmüşdür. 2003-cü ildə “Moskva Azərbaycan estrada teatrı” və “Korolevskiy” Ostankino Telequlləsi, Azərbaycan incəsənətinin inkişafına verdiyi tövhələrə görə nominasiyanın qalibi elan etmiş və diplomla mükafatlandırmışdır. 2003-cü ildə Azərbaycan musiqi mədəniyyətində göstərdiyi xidmətlərinə görə yenidən “Qızıl disk“ mükafatı ilə mükafatlandırılmışdır. 2003-cü ildə “Bəlalı sevgim” adlı mahnısı «İlin mahnısı“ adına layiq görülmüşdür. Elə həmən ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə qərarları icrası baş idarəsinin hərbi qulluqçuları qarşısında mütəmadi olaraq rəngarəng proqramlarla çıxışlarına və kütləvi-mədəni tədbirlərdə fəal iştirak etdiyinə görə Fəxri diplomla təltif olunmuşdur. 2005-ci ildə Azərbaycanda Ümumdünya HİV-AİDS-lə mübarizə həftəsi çərçivəsində keçirilən “Uşaqlar naminə AİDS-ə qarşı birləşək” adlı kompaniyada fəal iştirakına görə diplomla təltif olunub. 2006-ci ildə Demokrtatik Azərbaycanlılar İctimai Mərkəzi Republikada respondentlər arasında keçirilən sorğunun nəticələrinə görə müasir estrada janrının yaradılmasındakı xidmətlərinə görə “Qızıl buta“ mükafatı ilə təltif olunub. 2007-ci ildə solo tele-konsert verib, həmən ildə “Azərbaycan” adlı mahnısına klipi çəkilib. 2011-ci ildən etibarən YAP-ın üzvüdür. 2011-ci ildə Milli şou-biznesdə qazandığı uğurlarına görə “Yaxşıların yaxşısı” adına layiq görülüb. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə təsis olunmuş “Yaşa Azərbaycan“ adlı tədbirdə göstərdiyi təşkilatı dəstəyə görə Fəxri fərmanla təltif olunub. 2011-2012-ci illərdə “Riyad Mühafizə Xidməti” idarəsinin keçirtdiyi tədbirlərdə fəal iştirakına görə Təşəkkürnamələrlə təltif olunub. 2013-cü ildə “Bayraq mükafatı”-na layiq görülüb. Dəfələrlə cəbhə bölgələrində, uşaq və əlil evlərində, dövlət tədbirlərində sənəti ilə dövlətimizin siyasi və mədəni yoluna qulluq edib.

  • Əlaqə

    Elariz Məmmədoğlu

    Telefon:

    Email: Facebook: Instagram:

    +994 50 319-18-17
    +994 55 319-18-17
    info@elariz.info
    /ElarizOfficial
    /elarizofficial

    Birbaşa əlaqə

    Adınız:
    E-mail:
    Mesajınız:
satal.az - pulsuz elanlar sayti sat-al.az - pulsuz effektli elan sayti noas.az - telefon, kompyuter,avtomobil,dashinmaz emlak,xidmetler